Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şəkidə bayram namazı səhər saat 09:30-da cümə məscidində qılınıb. Namazda iştirak edən insanlara Qurban bayramı və onun sonsuz fəzilətləri barədə məlumatlar verilib. Qurban kəsilməsinin qaydaları və savabları haqda danışılıb.Qurban bayramı müsəlman dünyasında hər il Ramazan ayı bitəndən 70 gün sonra qeyd olunur və adətən üç gün davam edir. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək, xeyirxahlıq, paklıq və Allaha inam və sevgidir.Qəbələ rayonunda da Qurban bayramı qeyd olunur. Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayondakı müxtəlif idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən Qurban bayramı ilə əlaqədar qurbanlar kəsilib. Bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətindən danışılıb. Qurban bayramı ilə əlaqədar rayonda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya Müharibəsi veteranlarına, qaçqınlara, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə qurban payları paylanıb.Qurban bayramı Şamaxıda da böyük coşquyla qeyd olunub. Bayram namazı ən qədim məcidlərdən biri olan Cümə məcidində qılınıb. Səhər tezdən hər kəs məcidə axın edib. Böyükdən balacaya hər kəs məscidə gəlib bu bayram namazını birlikdə qılıblar. Dualar oxunub, bayram xütbəsi dinlənilib. Əhalinin çoxluğundan namaz elə məscidin həyətində də qılınıb. Namazlar qılınıb, dualar edilib. Sonra hər kəs bir-biri ilə bayramlaşıb. Qurban kəsimi üçün evlərinə tələsib.İsmayıllı rayon Cümə məscidində namaz qılınıb. Dövlətimizin bütövlüyü, sülh və əmin-amanlıq içərisində olması üçün dualar edilib.Rayon İcra Hakimiyyəti tərəfindən bayram münasibəti ilə əllidən çox iri və xırdabuynuzlu heyvan müəyyən olunmuş yerdə qurban kəsilib, 600-dən yuxarı ailəyə paylanılacaq. Bayram payının Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, aztəminatlı ailələrə verilməsi nəzərdə tutulub.
Mənbə: Milli.Az