Qadin.NET / Şərq ulduz falı

Şərq ulduz falı

 

Milli.Az AzərTAc-a istinadən oktyabrın 14-dən 20-dək Şərq ulduz falını təqdim edir. 
OĞLAQLAR bu həftə professional fəaliyyətdə xeyli irəliləyəcəklər. Bunun üçün təşəbbüskar olmalı, tutduğunuzu buraxmamalısınız. Nəticədə tezliklə karyera ilə bağlı məqsədlərinizə nail olacaqsınız. Yaxşı olar, təşəbbüslərinizə yaxın dostlarınızı da cəlb edəsiniz. İndi onların dəstəyinə ehtiyacınız var.
DOLÇALARIN bu həftə görüşləri uğurlu olacaq. Yalnız davranışınıza diqqət yetirməlisiniz. Emosionallığınız tərəfdaşlarınızı qıcıqlandıra bilər, onda ümumi dil tapmaq və razılığa gəlmək çox çətin olacaq. Maliyyə durumunuz sabitdir, hərçənd böyük gəlirlər gözlənilmir.
BALIQLARIN maddi durumlarını yaxşılaşdırmaq imkanı olacaq. Məhz bu dövrdə başladığınız kommersiya layihələri gələcəkdə nəinki nəzərəçarpacaq gəlir gətirəcək, həm də işgüzar nüfuzunuza müsbət təsir göstərəcəkdir. Dostlarınızın köməyi sayəsində işləriniz yağ kimi gedəcək, gündəlik qayğılarınız arxa plana keçəcəkdir.
QOÇLAR yaxşı pul qazanacaqlar. Bu dövrdə sizi yeni mənbələrdən gəlirlər gözləyir. Maddi baxımdan çox uğurla həftə olacaq. Daha yüksək və məvacibli vəzifəyə keçmək üçün rəhbərliyə müraciət edə bilərsiniz. Sözünüz yerə düşməyəcək.
BUĞALAR bu həftə göz qabağındadırlar. Dostlar və həmfikirlərlə görüşlər uğurlu, işgüzar əlaqələr səmərəli olacaq. Maliyyə məsələləri müsbət həll olunacaq. Lakin pullarınız nə qədər çox olsa da, bədxərclik etməyin. Bir qismini ehtiyatda saxlayın.
ƏKİZLƏR təmir, abadlıq və məişət məsələlərini asanlıqla həll edəcəklər. Bu günlər başqalarının köməyinə bel bağlamayın, ancaq özünüzə güvənin. İnadkar və məqsədyönlü olsanız, ideyalarınızı həyata keçirib bir çox sahələrdə uğur qazanacaqsınız.
XƏRÇƏNGLƏR gözlənilmədən köhnə dostları və qohumları ilə görüşəcəklər. Onların yeni ideyaları müxtəlif məsələlərin, o cümlədən professional sahə ilə bağlı məsələlərin həllinə kömək edəcək. Bu həftə işgüzarlıq və dostluq münasibətlərinin bərpa olunması baxımından uğurludur. Maliyyə durumunuz sabit və möhkəmdir.
ŞİRLƏR bu dövrdə professional fəaliyyətdə böyük müvəffəqiyyət qazanacaqlar. Siz rəhbərlik və həmkarlarınızla daim ünsiyyətdə olmalısınız. İşgüzar əlaqələr qurmaq üçün bu dövr xüsusilə əlverişlidir. Şansınızı əldən verməyin. Lazımlı görüş və danışıqları cəsarətlə keçirin, onda qarşınızda yeni imkanlar açılacaqdır.
QIZLAR bu həftə gözdə-qulaqda olmalıdırlar. Aldığınız informasiyadan yerində istifadə etsəniz, xeyli fayda götürəcəksiniz. Bütövlükdə yeni ideyalar, keçmiş təcrübənin yenidən dəyərləndirilməsi üçün yaxşı dövrdür. Bundan əlavə, vacib işləriniz müsbət həll olunacaqdır.
TƏRƏZİLƏRİN professional fəaliyyətində yeni dönüş gözlənilir. Uğur ilk növbədə elm və təhsillə məşğul olanları gözləyir. Qərar qəbul edərkən yaxınlarınıza və qohumlarınıza güvənin. Hər bir konkret məsələdə onların məsləhəti yerinə düşəcəkdir.
ƏQRƏBLƏR işdə və maliyyə məsələlərində müsbət nəticələrə nail olacaqlar. Yaxın günlərdə bütün səyləriniz yaxınlarınız və tərəfdaşlarınız tərəfindən yüksək qiymətləndiriləcəkdir. Fəallığınız həyatınızın bütün sahələrində xoş dəyişikliklərə şərait yaradacaqdır. Nəticədə prioritet məsələləri həll edəcəksiniz.
OXATANLAR professional baxımdan çox uğurlu dövrə qədəm qoyurlar. Sizin uğurunuz və ad-şanınız ağlagəlməz zirvəyə çatacaq. Münasibətlərinizi daha möhkəm etmək, bütün çətinlik və ixtilafları yoluna qoymaq üçün əlverişli dövr başlayır. 

 

 

Mənbə: Milli.Az

15 oktyabr 2013
GO BACK