Braziliyada keçirilən Uşaq əməyi üzrə III Qlobal konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova və Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elnur Sultanoviştirak ediblər.Səfirlikdən Trend-ə verilən məlumata görə, konfransın əsas məqsədini Beynəlxalq Əmək Təşkilatının 182 saylı Konvensiyasına uyğun olaraq 2016-cı ilə qədər uşaq əməyinin istismarının aradan qaldırılması sahəsində müzakirələr aparmaq, ölkələr və regionlar arasında təcrübə mübadiləsini genişləndirmək və uşaq əməyinin ən pis formalarının aradan qaldırılması sahəsində əməkdaşlığı gücləndirmək təşkil edirdi.Konfransda A.Sofiyeva mövzu ətrafında çıxış edərək konfrans iştirakçılarına Azərbaycanın bu sahədə həyata keçirdiyi işlər və əldə etdiyi nailiyyətlər, eləcə də ölkəmizdə uşaq hüquqları sahəsində mövcud qanunvericilik barədə məlumat verib.Bundan əlavə, komitə sədrinin müavini Braziliya qadın məsələləri üzrə nazir müavini Lourdes Maria Bandeira ilə görüşüb. Görüş zamanı Azərbaycan və Braziliya arasında qadın məsələləri üzrə əməkdaşlıq imkanları müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb.Eyni zamanda, nümayəndə heyəti ilə Braziliya parlamentinin Deputatlar Palatasındakı Braziliya-Azərbaycan dostluq qrupunun üzvləri arasında tanışlıq görüşü keçirilib və Azərbaycanda ailə, qadın və uşaq məsələlərində mövcud vəziyyət haqqında məlumat verilib.
Mənbə: Milli.Az