Qadin.NET / Ötürmələr "kral"ı Məsut: onu niyə sevirlər?

Ötürmələr "kral"ı Məsut: onu niyə sevirlər?

Bu gün dünyanın ən gözəl və dəqiq ötürmələri ilə tanınan Məsut Özilin ad günüdür. Almaniya yığmasının və “Arsenal” klubunun hücümameylli, əslən türk olan futbolçusu Məsut Özilin 25 yaşı tamam oldu. Bu yay “Real” Madriddən ayrılan Özil “Arsenal” klubuna keçərək “Topçular”ın tarix boyunca ən bahalı transferi olub. Peşəkar karyerasına "Şalke 04" də başlayıb. “Verder” Bremen, “Real” Madrid klublarında oynayıb. Özil haqda çox təriflər söylənilir: "Real"da oynadığı müddətdə Kriştianu Ronaldu ilə tandemindən İspaniya "Kral"ı az bəhrələnməyib, çünki onun ötürmələrinin əksəriyyəti qolla bitib. Yeni klubu "Arsenal"da da ilk oyunu bir qol və qollu ötürməsi ilə yadda qaldı. İndi "topçular" Özüllə çempionluğu hədəfləyiblər. Onun diqqətsiz, etinasız olduğunu deyirlər, dəfələrlə klub məşq edərkən Məsutun telefonla mesajlaşmasını əks etdirən videoları yayılıb. Hətta sonuncu dəfə sabiq baş məşqçisi onu "arvadbaz" adlandırdı. Ancaq nə qədər etinasız sayılsa da, Özil həmişə lazım olan vaxtda lazım olan yerdədir. 
 

Mənbə: Milli.Az

15 oktyabr 2013
GO BACK