Qadin.NET / Sinoptiklərdən Azərbaycan üçün hava müjdəsi

Sinoptiklərdən Azərbaycan üçün hava müjdəsi

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abseron varımadasında oktvabrın 16-da havanın buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında yağışın tədricən kəsiləcəyi gözlənilir. Cənub küləyinin sürəti 8-13 m/s olacaq, küləyin sürəti arabir 15-18 m/s-ə çatacaq.Havanın temperaturu gecə 10-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.Oktyabrın 17-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub küləyinin sürəti 7-12 m/s olacaq. Havanın temperaturu gecə 10-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.Oktyabrın 16-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.Azərbavcamn ravonlarında oktyabrın 16-17-də arabir yağış yağacağı, 16-sı gündüz və 17-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/s olacaq.Havanın temperaturu gecə 10-15, gündüz 22-27 isti, dağlarda gecə 2-7 isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

15 oktyabr 2013
GO BACK