Qadin.NET / Yeni BMW M3

Yeni BMW M3

 

 

Çin mətbuatı 2014 BMW M3 interyerin şəkillərini dərc edib. Bunlar təbii ki, casus şəkilləridir, çünki bavariyalılar öz yeni modellərini göstərməyə tələsmirlər. Yeni sedanın şəkilləri birinci dəfə deyil internetə düşür, amma belə yaxın məsafədən salonu çəkmək ilk dəfə mümkün olub.Milli.Az 4charx.com-a istinadən bildirir ki, ən əvvəl başaltıdan aşağıda "M" emblemiylə dəri idman kürsülərini, ikiqat birləşməylə 7-pilləli ötürücü qutunu, cihaz panelinin yuxarı hissəsində iDrive funksiyalarına girişi təmin edəcək üzən ekranı qeyd etmək olar. Yeri gəlmişkən, analoji salonu biz M4 kupesində də görəcəyik.
Yeni modellərin kapotu altında yeni 3,0-litrlik altısilindrli TwinPower Turbo mühərriki (430 a.g.) yerləşəcək. M3 çəkisi 1500 kq-dan az olacaq və əvvəlki versiyadan 25% az yanacaq sərf edəcək.
Əgər hər şey plan üzrə gedərsə BMW M3 və M4 Detroyt avtomobil sərgisində nümayiş etdiriləcəklər.
Mənbə: Milli.Az
15 oktyabr 2013
GO BACK