Qadin.NET / Galaxy S5 smartfonu istehsal ediləcək

Galaxy S5 smartfonu istehsal ediləcək

 

Samsungun keçmiş əməkdaşları tərəfindən yaradılmış Naver resursuna istinadən Mashable resursu yazıb ki, Samsung şirkəti artıq 2014-cü ilin yanvarında yeni Galaxy S5 smartfonunu çıxaracaq.Milli.Az ICTnews-a istinadən bildirir ki, Samsung Galaxy S5 modeli yanvar ayında elan edilə bilər. Xatırladaq ki, Galaxy S4 bu ilin martında buraxılıb.Resursun məlumatlarına əsasən, Galaxy S5 smartfonu 16 meqapiksellik kamera, səkkiznüvəli Samsung prosessoru ilə təchiz oluna bilər. Çox güman ki, S5 smartfonunda həm Android, həm də Tizen əməliyyat sistemlərini işə salmaq mümkün olacaq. Xatırladaq ki, Samsung daxil olmaqla bir neçə istehsalçı Tizen əməliyyat sisteminin üzərində işləyir. Onlar Googleun Android OS platformasından asılılıqlarını azaltmağı planlaşdırırlar.
Mənbə: Milli.Az
15 oktyabr 2013
GO BACK