Qadin.NET / Azərbaycanda Qurban bayramı namazının qılınma vaxtı açıqlandı

Azərbaycanda Qurban bayramı namazının qılınma vaxtı açıqlandı

Azərbaycanda Qurban Bayramı münasibəti ilə qılınacaq bayram namazının vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətva şöbəsinin müdiri hacı Mirəziz Seyidzadə APA-ya açıqlamasında bildirib ki, bayram namazı oktyabrın 16-da səhər saat 09:00-da qılınacaq.QMİ rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə həmin gün qeyd olunan vaxtda Təzə Pir məscidində də bayram namazı qılınacaq.Qeyd edək ki, Azərbaycanda oktyabrın 15-i və 16-sı Qurban Bayramı günü kimi qeyd olunur.

 

Mənbə: Milli.Az

14 oktyabr 2013
GO BACK