Qadin.NET / Musiqili Teatrın solisti beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək

Musiqili Teatrın solisti beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək

Azərbaycan Dövlət Musiliqi teatrının gənc aktyoru Elvin Əliyev bu ilin 16-19 oktyabr tarixləri arasında Azərbaycan-Gürcüstan gənclərinin Beynəlxalq festivalında iştirak etmək üçün Siqnaxi (Gürcüstan Respublikası) şəhərinə yola düşəcək. Milli.Az xəbər verir ki, festivalın keçirilməsində məqsəd iki ölkə arasında gənclər sahəsində əməkdaşlığı inkişaf etdirmək, ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaq.Qeyd edək ki, Elvin Əliyev Rusiyada və Qazaxstanda keçirilən Beynəlxalq festivallarda iştirak edib, laureat adını qazanıb. Musiqili teatrda isə Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun” Rauf Haciyevin “Talelər qovuşanda”, Oktay Kazımovun “Qızıl toy” tamaşalarında baş rolların ifaçısıdır. Gənc aktyorumuza bu festivalda da layiqli yer tutmasını arzu edir və səhnə fəaliyyətində müvəffəqiyyətlər diləyirik.

 

Mənbə: Milli.Az

14 oktyabr 2013
GO BACK