Qadin.NET / Bakıda 4,2 milyon manata 2 villa satılır

Bakıda 4,2 milyon manata 2 villa satılır

Bakının Badamdar qəsəbəsində satışa çıxarılmış iki villa Azərbaycanda daşınmaz əmlak bazarında yeni rekordlar vurub.Milli.Az bildirir ki, villalardan biri 0,12 ha əraziyə malikdir və 7 otaqdan ibarətdir. Lüks təmir edilmiş villanın daxilində qapalı hovuz da var. Bu villa 1,7 milyon manata satılır.Digər villa isə 0,09 hektar ərazidədir və avanqard-modern stilində tikilib. 4 mərtəbəli villada bütün zəruri avadanlıqlı bilyard və trenajor zalları, həyətdə qulluqçular üçün ayrıca ev, kababxana, basketbol meydançası var.Bu villa isə 2,5 milyon manata satışa çıxarılıb.

 

Mənbə: Milli.Az

14 oktyabr 2013
GO BACK