Bakı şəhərində yeni piyada keçidlərinin inşasına başlanılıb. Bu obyektlərin tikintisi paytaxtın Xətai rayonunda yeni avtomobil yolunun salınması layihəsi çərçivəsində həyata keçirilir. Bu barədə APA-ya "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəriPünhan Mürsəliyev məlumat verib.Onun sözlərinə görə, ərazidə yeni yolun salınması ilə əlaqədar iki və ya üç piyada keçidinin inşası nəzərdə tutulub: "Ərazidə artıq tikinti işlərinə start verilib. Artıq yolun torpaq yatağının salınmasına başlanılıb".P.Mürsəliyev deyib ki, Neftçilər prospektindən başlayan və Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinədək uzanacaq yeni avtomobil yolunun uzunluğu 2 km, eni 45 metr olacaq. Onun 1,4 kilometri Nobel prospektinə paralel, qalan hissəsi isə dənizə perpendikulyar çəkiləcək. Paralel yol 8-zolaqlı, dənizə perpendikulyar olacaq hissəsinin isə 6 zolaqlı olması planlaşdırılır."Azəryolservis" rəsmisi bildirib ki, tikinti işləri gələn il yekunlaşacaq.
Mənbə: Milli.Az