Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi hökümətə baxılması üçün Avro-3 standartına keçidlə bağlı təklif təqdim edib. Trend-in məlumatına görə, bu barədə komitənin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev bildirib.Onun sözlərinə görə, hazırda Azərbaycan ərazisində Avro-3 standartının tətbiq olunması ilə bağlı mexanizm baxılması üçün Nazirlər Kabinetinə göndərilib. Bu barədə müvafiq qərar yaxın günlərdə qəbul ediləcək.Şöbə müdiri bildirib: "Gələn ilin yanvarından etibarən Avro-3 standartları qüvvəyə minir, sonrakı illərdə Avro-4, Avro-5 standartlarının mərhələli şəkildə tətbiq edilməsinə başlanılacaq".Bu prosesdur həm avtomobillərə, həm də respublikada istehsal olunan yanacağa şamil edilir.ARDNŞ də (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) o cümlədən Avro-3 standartlarının tətbiq olunmasına hazırdır.Hazırda Avro-3 ekoloji standartları avtomobillərə və onların ehtiyat hissələrinə tətbiq edilir.Avro standartın bir səviyyəsindən digərinə keçid ( məsələn, Avro-3-dən Avro-4-ə keçid) təxminən bir milyard dollara başa gəlir.
Mənbə: Milli.Az