Portuqaliya yığmasının və “Real” Madridin forvardı Kriştianu Ronaldu sabah yığmadan kluba gələrək Zidan ilə görüşməlidir. Milli.Az Sports-a istinadən xəbər verir ki, Ronaldu Zinəddin Zidanın müsahibəsi haqqında müzakirə aparmaq istəyir. Həmin müsahibədə Zizu demişdi ki, “Qızıl Top”a “Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi daha çox layiqdir. Məlum olub ki, Zidan belə açıqlaması ilə klubun etikasını pozub. Həmçinin qeyd olunur ki, əfsanəvi futbolçu Ronaldudan üzr istəyə bilər.
Mənbə: Milli.Az