Qadin.NET / Azad Rəhimov vətəndaşları qəbul edib

Azad Rəhimov vətəndaşları qəbul edib

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov Beyləqan rayonunda vətəndaşları qəbul edib. Qəbulda Beyləqanla yanaşı, Ağcabədi, İmişli və Biləsuvardan olan 30-a yaxın vətəndaş iştirak edib. Qəbul zamanı vətəndaşlar əsasən idman zallarının tikintisi, stadionların idman avadanlıqları ilə təmin olunması, ipoteka kreditləri, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması və digər məsələlərlə bağlı müraciətlər ediblər. Qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verilib.

 

Mənbə: Milli.Az

14 oktyabr 2013
GO BACK