Qadin.NET / Həcc ziyarətində olan zəvvarlar üçün Ərəfat günü mərhələsi başladı

Həcc ziyarətində olan zəvvarlar üçün Ərəfat günü mərhələsi başladı

 

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, zəvvarlarımız buna qədər artıq Peyğəmbərimizin ilk həyat yoldaşı Həzrəti Xədicə və Həzrəti Əlinin atası Əbu Talibin dəfn olunduqları məzarlığı ziyarət ediblər. Bu gündən isə Mina və Ərəfata çıxmağa başlayıblar.Zəvvarlar 25 kilometrlik səfərin ardından əvvəl Minaya, ardından Ərəfata gedirlər. Kimisi bu gündən Ərəfata gedərkən, kimisi də Peyğəmbər Əfəndimizin sünnəsini yerinə yetirmək məqsədilə Minada qalır. Təhlükəsizlik qüvvələri havadan və qurudan zəvvarların təhlükəsizliyini təmin edir. Hacı namizədləri Mina və Ərəfatda yerləşəcəyi çadırlara yerləşdirilirlər. Ərəfatdan sonrakı dayanacaq Müzdəlifə olacaq.Qeyd edək ki, Azərbaycandan həcc ziyarətində 3700 zəvvar iştirak edir.

Mənbə: Milli.Az

14 oktyabr 2013
GO BACK