Qadin.NET / Xəzər sahilində ölü heyvanlar peyda oldu

Xəzər sahilində ölü heyvanlar peyda oldu

 

Xəzər dənizinin Sumqayıt sahilində ölü suitilər peyda olub. Milli.Az xəbər verir ki, adətən güclü küləkdən sonra sahildə bu cür hallara rast gəlmək mümkündür. Lakin ötən gün və ondan əvvəlki gün hava şəraitinin sabit keçdiyi Abşeron yarımadası ərazisində belə bir hadisə təəccüb doğurur. Məsələyə aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ilə əlaqə saxladıq. Nazirlik rəsmisi məlumatı aldıqdan və şəkilləri gördükdən sonra həmin əraziyə ekspertlərin göndəriləcəyini qeyd etdi. Araşdırma aparıldıqdan sonra hadisənin səbəbləri barədə məlumat veriləcəyini bildirdi.

Mənbə: Milli.Az

14 oktyabr 2013
GO BACK