Qadin.NET / Dünyanın ən böyük kitab sərgisində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi qeyd olundu

Dünyanın ən böyük kitab sərgisində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi qeyd olundu

 

Dünyanın ən böyük kitab sərgisində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi qeyd olundu

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Almaniyanın Frankfurt şəhərində keçirilən beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan kitabları da nümayiş etdirilir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə ölkəmiz dünyanın bu nüfuzlu kitab sərgisində artıq altıncı dəfə təmsil olunur.Ötən illərdən fərqli olaraq, bu il ölkəmizin stendi daha genişdir. Kitablarımız "Messe Frankfurt" sərgi şəhərciyində 48 kvadrat metr sahədə gözəl tərtibatlı stenddə nümayiş olunur. Qız qalasının fiquru və Qala divarları fonunda dizayn edilən stenddə ölkəmizin tarixini, mədəniyyətini, dövlətçiliyini, Qarabağ həqiqətlərini əks etdirən nəşrlər yer alıb.Sərgi çərçivəsində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan, ümummilli liderə həsr edilmiş "Heydər Əliyev adına" kitab-albomun təqdimatı keçirilib. Tədbirdə Hessen əyaləti rəsmiləri, alman ictimaiyyətinin nümayəndələri, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının təmsilçiləri, diplomatlar iştirak ediblər. Tədbirdə çıxış edən ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında iştirakçılara məlumat verib. O, dünya siyasətinin nəhəng simalarından olan Heydər Əliyevin müasir Azərbaycan dövlətinin banisi olduğunu vurğulayıb. Diplomat Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasi kursun keçmişdə və bu gün olduğu kimi gələcəkdə də Azərbaycana böyük nailiyyətlər qazandıracağını bildirib. Səfir ulu öndərin siyasi kursunun prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini də söyləyib. O, ümummilli liderə həsr olunmuş "Heydər Əliyev adına" kitab-albomun geniş oxucu kütləsinin böyük marağına səbəb olacağını qeyd edib.Mərasimdə çıxış edən Türkiyə Respublikasının Frankfurtdakı Baş konsuluUfuk Ekici, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür, Frankfurt şəhərinin bələdiyyə başçısı və başqaları tədbirin əhəmiyyətini vurğulayıblar. Çıxışlarda Heydər Əliyevin Azərbaycan diasporunun inkişafı, türk dünyasının birliyinin təmin olunmasındakı misilsiz rolundan minnətdarlıqla bəhs olunub.Qeyd edək ki, ölkəmizin stendində ziyarətçilərə 200 adda kitab, Azərbaycan, ingilis, alman və rus dillərində nəfis tərtibatlı nəşrlər, respublikamızın turizm imkanları haqqında bukletlər və digər çap məhsulları təqdim edilir.

 

Mənbə: Milli.Az

14 oktyabr 2013
GO BACK