Qadin.NET / Sürücülük vəsiqəsi almaq istəyənlər üçün təcrübi imtahan qaydaları dəyişdirildi

Sürücülük vəsiqəsi almaq istəyənlər üçün təcrübi imtahan qaydaları dəyişdirildi

 

Nazirlər Kabinetinin qərarı ilə sürücülük vəsiqəsi almaq istəyənlər üçün təcrübi imtahan qaydaları dəyişdirilib. Nazirlər Kabineti "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qərar qəbul edib.Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, 292 saylı bu qərar "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli 2629 nömrəli Sərəncamına əsasən qəbul edilib.Qərara əsasən, Əsasnaməyə bir sıra dəyişikliklər edilib."Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"yə 4 nömrəli əlavə - "Təcrübi imtahanın keçirilmə Metodikası" üzrə 2.1-ci bəndinə əsasən bundan sonra nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan ikimərhələli prinsiplə - birinci mərhələ xüsusi bağlı meydançada və ya avtodromda, ikinci mərhələ isə sınaq marşrutlarında qəbul ediləcək.Sürücülük vəsiqəsi almaq istəyən şəxslər bacarıqlarını bağlı meydançalarla yanaşı, avtodromlarda göstərə biləcəklər.İmtahanın ikinci mərhələsi başlanmazdan əvvəl imtahan qəbul edən DYP əməkdaşı növbəlik üsulu ilə sürücülüyə namizədi imtahan qəbul ediləcək müvafiq sınaq marşrut xəritəsi ilə tanış etməli olacaq.Sürücülük vəsiqəsi almaq istəyən şəxslər bundan sonra müraciət etdiyi sürücülük kateqoriyasına aid nəqliyyat vasitəsi ilə imtahan verəcəklər.İmtahanın birinci mərhələsində elementlərin yerinə yetirilməsinə nəzarət informasiya-kommunikasiya texnologiyaları vasitələrinin köməyi ilə həyata keçiriləcək.

Mənbə: Milli.Az

14 oktyabr 2013
GO BACK