Qadin.NET / Tanınmış azərbaycanlı iş adamı ləqəbindən imtina etdi

Tanınmış azərbaycanlı iş adamı ləqəbindən imtina etdi

 

 

Modern.az saytı xəbər verir ki, tanınmış azərbaycanlı iş adamı Frenk Elkaponi rəsmən öz ləqəbindən imtina edib.Bununla bağlı o, vətəndaşı olduğu Rusiya və İtaliya rəsmi dairələrinə ərizə ilə müraciət ünvanlayıb.Bundan sonra iş adamı əvvəlki ad və soyadını daşıyacaq - Füzuli Məmmədov.Hazırda Füzuli Məmmədov Rusiya və İtaliya vətəndaşıdır.Hər iki ölkədə biznes işi ilə məşğul olan Füzuli Məmmədovun yaxınları Modern.az saytına məlumatı təsdiqləyiblər.Füzuli Məmmədovun özü iləsə əlaqə yaratmaq cəhdimiz alınmadı.“İntersever” şirkətlər qrupunun başçısı F.Məmmədov 1963-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1983-cü ildə Naxçıvandan Rusiyaya köçən F.Məmmədov 1989-ci ildən “İnterserver” şirkərinin prezidenti vəzifəsində çalışır. F.Məmmədovun Rusiyanın bir sıra şəhərlərində və xaricdə "Frenk Fond"u fəaliyyət göstərir.Rusiyada hüquqşünas və iqtisadçı ali təhsili alan Füzuli Məmmədov siyasi elmlər namizədidir. Onun iki övladı var. 

Mənbə: Milli.Az

14 oktyabr 2013
GO BACK