Bu narkotik maddəni "adamyeyən" adlandırırlar. Rusiyada "krokodil", yəni "timsah" adlanan bu narkotik maddədən istifadə edənlər ilk əvvəl "həzz" alırlar. Lakin bir müddət sonra onların orqanizmlərində qarşısıalınmaz fəsadlar, dəhşətli ağrılar başlanır və "timsah"ı qəbul edənlər əzabla ölürlər.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, əldəqayırma heroin sayılan "timsah" gerçək heroindən 10 dəfə ucuzdur.Bu narkotik maddədən sürəkli istifadə edənlərin orqanizmində qan damarları tədricən partlayıb dağılır və sonucda dəri çürüməyə başlayır."Timsah" hər il Rusiyada 30 mindən artıq narkomanı öldürür.10 il əvvəl Rusiyada yayılmağa başlamış "timsah" artıq Avropa Birliyinə də "ayaq açıb".Sibirdəki reabilitasiya mərkəzlərindən birindəki 28 yaşlı kor Marqarita Şelkunovanın dediyinə görə, "timsah"dan 7 il əvvəl istifadə etməyə başlayıb.Rusiyadakı 250 min narkomandan biri olan Marqaritanın dediyinə görə, "timsah"ı qəbul etməyə başlayandan sonra kor olub.Onun əri də narkoman idi və 27 yaşında ölüb.Reabilitasiya mərkəzinin həkimlərinin dediklərinə görə, xərçəng və QİÇS xəstəsi olan Marqarita bir neçə həftə sonra dünyasını dəyişəcək.Kristallik metamfetamin olan "timsah" əslində dezomorfindir. O, kodein, boya, duz turşusu, yod və qırmızı fosfordan hazırlanır. Bu narkotiki qəbul edən şəxsin dərisi çürüyərək ləkələrə çevrilir və timsah dərisini xatırladır. Narkotik maddənin "timsah" adlanması da bununla bağlıdır.