Miladi: 14 oktyabr 2013
Hicri: 08 Zülhəccə 1434
İlin 287-cı günü
İlin sonuna 78 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.41
Günəş - 07.50
Zöhr - 13.31
Əsr - 17.01
Məğrib – 19.18
İşa – 20.34
1092-ci ildə görkəmli siyasətçi Nizamülmülk vəfat edib.
1743-cü ildə Şirvanda üsyan. Üsyançılar Ağsu şəhərini ələ keçirdilər.
1890-cı ildə 34-cü ABŞ prezidenti Duayt Eyzenhauer dünyaya gəlib.
1924-cü ildə Tacikistan SSR qurulub.
1938-ci ildə İran şahbanusu Fərəh Pəhləvi dünyaya gəlib.
1963-cü ildə rus modelyeri Valentin Yudaşkin anadan olub.
1964-cü ildə Martin Lüter Kinq Nobel mükafatı alıb.
1964-cü ildə Brejnev Sovet İttifaqının rəhbəri oldu.
1974-cü ildə Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadə vəfat edib.
1981-ci ildə Misirin devrilmiş prezidenti Hüsnü Mübarək hakimiyyətə gəlib.
1993-cü ildə BMT Qarabağa dair 874 saylı qətnaməni qəbul edib.
1994-cü ildə Yasir Ərəfat, Şimon Peres və İshak Rabinə Nobel Sülh Mükafatı verildi.
1999-cu ildə Azərbaycan Respublikası Benin ilə diplomatik əlaqələr qurub.
2006-cı ildə Dağlıq Qarabağın Azərbaycan icması Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
2009-cu ildə Bursada keçirilən Türkiyə-Ermənistan milli matçı zamanı Azərbaycan bayraqlarının stadiona buraxılmaması ilə bağlı FİFA baş katibi və təşkilat komitəsi sədrinin imzası ilə Türkiyə Futbol Federasiyasının baş katibi Əhməd Güvənərə göndərilən məktubun icrasından sonra Azərbaycan və Türkiyə arasında bayraq qalmaqalı başlayıb.
2011-ci ildən bütün dünyada Stiv Cobs Günüdür.
Mənbə: Milli.Az