Qadin.NET / Piyada keçidində işığın sönməyi vətəndaşı pulundan elədi

Piyada keçidində işığın sönməyi vətəndaşı pulundan elədi

 

Mobil nömrəsinin balansına pul yükləmək istəyərkən rastlaşdığı vəziyyət vətəndaşı heyrətə salıb. Milli.Az-a məktub göndərən oxucu deyir ki, balansı MilliÖn pos-terminalı vasitəsi ilə artırmaq istəyib. Azərbaycan prospektindəki keçiddə yerləşən pos-terminala mobil nömrəsini yazıb və pulu daxil edib. Terminal əskinası qəbul etdikdən dərhal sonra keçiddə elektrik kəsilib və terminal da sönüb.“Nə yaxşı ki, pulları 1 manatlıqla daxil eləyirdim. Terminal elə ilk bir manatı qəbul edəndən sonra işıq söndü. Mənim də gözləməyə vaxtım yox idi deyə, işıqların yanmasını gözləmədim”.Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı MilliÖn-ün məxsus olduğu Komtec şirkəti ilə əlaqə saxlayıb. Şirkətin əməkdaşı bildirib ki, müştərilər tərəfindən daxil olunan bütün informasiyalar bazada saxlanılır. Əgər vətəndaş nömrəsini daxil etdikdən sonra yaşıl işıq yanıbsa, onda vətəndaşın pulu 2-3 gün ərzində qaytarıla bilər.“Vətəndaş şirkətin müştəri xidmətlərinə müraciət etsin ki, məsələ araşdırılsın və onun pulu geri qaytarılsın”, - o əlavə edib.

Mənbə: Milli.Az

14 oktyabr 2013
GO BACK