Qadin.NET / IBM yeni laboratoriya yaradır

IBM yeni laboratoriya yaradır

 

IBM korporasiyasının mətbuat xidməti IBM Accelerated Discovery Lab adlı yeni tədqiqat laboratoriyasının yaradılması haqqında məlumat verib. Burada korporasiya müştərilərlə birgə Böyük Məlumatlar sahəsində tədqiqatlarla məşğul olacaq, həmçinin Böyük Məlumatlarla işləyən yeni analitik alətlər yaradılacaq.Milli.Az ICTnews-a istinadən bildirir ki, laboratoriyada müxtəlif növ informasiya, həmçinin insan danışığı, biznes və tibbi məlumatlar, texniki informasiya və elmi modellərlə işləmək üçün Watson superkompüterinin müasirləşdirilmiş modeli quraşdırılacaq.Şirkətdən bildirilib ki, laboratoriyanın işləməsi nəticəsində universal alətlər yaradılacaq və minimal xərclər sayəsində böyük məlumat massivlərini emal etməyə, təhlil əsasında məntiqi nəticələr çıxartmağa, əldə olan məlumat toplusu əsasında proqnoz verməyə imkan verəcək.

 

Mənbə: Milli.Az
13 oktyabr 2013
GO BACK