Qadin.NET / Redaktor brauzerdə işə salındı

Redaktor brauzerdə işə salındı

 

Proqramçı Martin Braun 1984-cü ildə çıxarılmış MacPaint qrafik redaktorunun brauzer emulyatorunu buraxıb.Milli.Az ICTnews-a istinadən bildirir ki, proqram CloudPaint adlandırılıb. Adı çəkilən proqramı mausla idarə etmək olar. Lakin əgər proqram sensor ekranlı qurğuda işə salınıbsa, o zaman barmaqla da idarə etmək olar.Martin Braunun bloqundakı məlumata əsasən, CloudPaint 2012-ci ilin noyabrında işə salınıb. Proqramçı mütəmadi onun üzərində işləyir, təkmilləşdirmələr edir: məsələn, 2013-cü ilin martında Undo və Redo funksiyalarını proqrama əlavə edib.Xatırladaq ki, MacPaint redaktoru 1984-cü ildə istifadəyə verilib. O, MacWrite mətn redaktoru ilə birlikdə satılıb. Paketin qiyməti 195 ABŞ dolları olub.MacPaint proqramını Macintosh kompüterinin istehsalçılarından biri Bill Atkinson yaradıb, interfeys isə Süzan Ker tərəfindən düşünülüb. 2010-cu ildə redaktorun qaynaq kodu Amerika Kompüter Tarixi Muzeyinin eksponatı olub.

Mənbə: Milli.Az
13 oktyabr 2013
GO BACK