Qadin.NET / Türkiyə ABŞ-ı ittiham etdi

Türkiyə ABŞ-ı ittiham etdi

Türkiyə baş nazirin müavini Əli Babacan ABŞ rəhbərliyini yaşanan borc böhranına qarşı diqqətsizlikdə ittiham edib. "Vaşinqton yaxın vaxtlara qədər borc məsələsini həll etməsə, başda Amerika olmaqla, qlobal iqtisadiyyata ciddi zərbə dəyəcək".Anspress-in Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirin müavini Əli Babacan ABŞ-da baş qaldıran iqtisadi böhranla bağlı verdiyi açıqlamasında deyib. Dünya Bankı illik toplantısı ilə bağlı Vaşinqtonda olan Əli Babacan ABŞ-da yaşanan borc böhranı ilə bağlı bu ölkənin mətbuatına açıqlama verib. O, ABŞ rəhbərliyini və Konqresi yaşanan borc böhranına qarşı diqqətsizlikdə ittiham edib. O, Konqresin bu məsələyə diqqət ayıracağına ümid etdiyini deyib: "Hökumət və Konqres lazımsız oyuna girməklə həm öz iqtisadiyyatlarını, həm də qlobal iqtisadiyyatı necə bir ciddi təhlükəyə saldıqlarını başa düşməlidirlər". Onun fikrincə, əgər bu problem həll olunmasa, 2008-2009-cu illərdə yaşanan qlobal böhrandan da dəhşətli proseslər baş verəcək.

 

Mənbə: Milli.Az

13 oktyabr 2013
GO BACK