Qadin.NET / Bayram qanla bitdi: 50 nəfəri tapdalayıb öldürdülər

Bayram qanla bitdi: 50 nəfəri tapdalayıb öldürdülər

Hadisə dini bayram zamanı dindarlar körpüdən keçərkən baş verib. Hindistanın Madhya-Pradeş ştatında dini bayram zamanı yaşanan izdihamda azı 50 nəfər əzilərək ölüb. Anspress-in məlumatına görə, bu barədə "CNN" ştat polisinə istinadən xəbər verir.Məlumata görə, insident ştatın Datia şəhəri yaxınlığında yerləşən məbəddə on minlərlə dindarın iştirakı ilə dini mərasim keçirilərkən baş verib. Sıxlıq dindarlar Sindh çayının üzərindəki körpüdən keçməyə çalışarkən yaranıb. Şahidlərin sözlərinə görə, sıxlığa isə kütlə arasında körpünün uçma təhlükəsi barədə şayiələrin yayılması səbəb olub.Hindistanda hər il dini bayramlar zamanı yaranan sıxlıqda yüzlərlə insan həyatını itirir.
Mənbə: Milli.Az
13 oktyabr 2013
GO BACK