Qadin.NET / Stilini dəyişən Porsche 911

Stilini dəyişən Porsche 911

 

Noyabrda Las-Veqasda keçiriləcək eksklüziv avtomobillər sərgisi “SEMA 2013”-də amerikan tüninq-atelyesi “Misha Design” sonuncu nəsil “Porsche 911” üçün yeni staylinq-paket təqdim edəcək. Bodi-kitə alman kupesinin idman xarakterini vurğulayan və ona eksklüzivlik əlavə edən yenidən işlənmiş ban detalları daxildir. Tünerlər artıq yeni layihələri üçün sifarişlər almağa başlayıblar və müştərilər onları təqdimatdan dərhal sonra alacaqlar.Milli.Az Auto.az-a istinadən bildirir ki, 911 banında olan “Porsche 911” üçün aerodinamik asılqan “Misha Design”-a üç hava çıxıntısı və böyük alt dodağı olan qabaq bamper, yan ətəklər, yan kəsikləri və mühərrik hissəsinin qapağında yerləşdirilmiş 3-qabırğalı diffuzoru olan ayxa bamper daxildir. Bundan əlavə sportkar ventilyasiya olunan kapot, qaz buraxma sisteminin böyük sonluqları, dəbli çoxmilli təkər diskləri və aşağı salınmış asma əldə edib. Asılqanın bütün hissələri yeni “Porsche 911”-in bütün modifikasiyalarına uyğun gəlir. Bəzi detallar, o cümlədən qabaq bamperin bir hissəsi, arxa diffuzor və spoylerin kənarı karbon lifindən hazırlana bilər.

 

Mənbə: Milli.Az
13 oktyabr 2013
GO BACK