Qadin.NET / "ABŞ-dan dəstək gözləmirəm"

"ABŞ-dan dəstək gözləmirəm"

Əl-Maliki üçüncü dəfə baş nazir olmaq üçün ABŞ-dan dəstək gözləmədiyini deyir. İraqın baş naziri Nuri Əl-Maliki bu ayın sonunda ABŞ-ın paytaxtı Vaşinqtona edəcəyi səfərlə bağlı açıqlama verib.Anspress-in xarici mediaya istinadla verdiyi xəbərə görə, baş nazir ABŞ hökuməti ilə iki ölkə arasındakı əlaqələrin gücləndirilməsi məsələsini müzakirə edəcəyini bildirib. Malikinin sözlərinə görə, İraq əsas gücünü ABŞ və digər ölkələrlə əlaqələri gücləndirməklə artırır. O, həm də üçüncü dəfə baş nazir olmaq üçün ABŞ-dan və ya hansısa bir ölkədən siyasi dəstək gözləmədiyini qeyd edib. Seçkilərdə xalqın gücünə güvəndiyini deyən baş nazir vurğulayıb ki, əgər başqa birinin adının qutudan çıxaçağı təqdirdə nəticəyə hörmət edəcək.
Mənbə: Milli.Az
13 oktyabr 2013
GO BACK