Qadin.NET / Gəncədə aparılan abadlıq quruculuq işləri çərçivəsində yaşayış binalarının dam örtüyü dəyişdirilir

Gəncədə aparılan abadlıq quruculuq işləri çərçivəsində yaşayış binalarının dam örtüyü dəyişdirilir

Həmçinin binaların görkəmi də müasirləşdirilir. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, dam örtüklərinin dəyişdirilməsinə 2011-ci ildən başlanılıb. İndiyə kimi ümumilikdə 500 binanın dam örtüyü mansar və yarım mansar formada dəyişdirilib, müasir formaya salınıb. Son bir ay yarımda isə 125 yaşayış binasının dam örtüyü də yenilənib. Dəyişdirilən dam örtüklərinin ümumi sahəsi isə 170 min kvadratmetrdir.Gəncə şəhər MKTİB-nin Təmir Tikinti idarəsinin rəisi Nazim Seyidov:“Şəhərin Dədə Qorqud, Üzeyir Hacıbəyov, Abbas Səhhət küçələrində bu işləri tamamlama üzrəyik. Dam örtüyü olmayan binalarda da işlər görülür. Onlarında dam örtüyü çox yüksək səviyyədə standartlara uyğun olaraq tamamilə qurulur. Yeni mansar tipli çox keyfiyyətli dam örtüklərini bir ay müddətdə təmir edib camaatın ixtiyarına vermişik”.Xatırladaq ki, Gəncədə küçə və prospektlərin genişlənməsi ilə əlaqədar bəzifərdi yaşayış evlərinin dam örtükləri də sökülüb və müasir formalı yeni örtükləri ilə əvəzlənib:“Şəhərin Nizami prospektində yolların genişlənməsi ilə əlaqədar 90-a yaxın fərdi evlər sökülüb təzədən müasir şəkildə tam standartlara uyğun tikilib camaatın istifadəsinə verilib. Burada, həmçinin ümumilikdə 150-yə yaxın fərdi evin də dam örtüyü əsaslı surətdə dəyişdirilib”.Bununla yanaşı, şəhərimizdə təmirə ehtiyacı olan yaşayış binaları da var.Gəncədə iki yüzə yaxın binanın dam örtüyünün dəyişdirilməsi üçün baxış keçirilib. Yaxın vaxtlarda həmin binaların dam örtüyünün dəyişdirilməsinə başlanılacaq. 
Mənbə: Milli.Az
13 oktyabr 2013
GO BACK