Qadin.NET / "Faylin" Hindistanı cənginə alıb: 5 nəfər ölüb, 500 min nəfər təxliyyə olunub

"Faylin" Hindistanı cənginə alıb: 5 nəfər ölüb, 500 min nəfər təxliyyə olunub

 

Hindistanı cənginə alan "Faylin" qasırğası nəticəsində ən azı 5 nəfər ölüb. Trend BBC-yə istinadən xəbər verir ki, ölkədə arıtq 500 min nəfər sahilyanı rayonlardan təhlükəsiz yerlərə təxliyyə olunub.Yerli meteorologiya departamentinin məlumatına görə, küləyin sürəti 200 km/s-yə çatır. Qonoluluda ABŞ HDQ-nin Fırtınaların xəbərdar edilməsi üzrə Ekspertlər Mərkəzi küləyin sürətinin 315 km/s-dək arta biləcəyini qeyd edir.London Tropik qasırğaların tədqiqi Mərkəzinin təsnifatına görə, "Faylin" yüksək - 5-ci kateqoriyaya aid edilir.Qasırğa özü ilə leysan və üç metrlik dalğalar gətirir. Tufan ağacları və evlərin dam örtüklərini qoparır.

 

Mənbə: Milli.Az
13 oktyabr 2013
GO BACK