Həftənin ilk iş günü havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, axşam tutqun olacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 14-də dəyişkən buludlu, yağmursuz keçəcəyi, axşam havanın tutqun olacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti saniyədə 8-13 metr olacaq, küləyin sürəti arabir 15 m/s-dək güclənəcək.Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 12-14, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında oktyabrın 14-də, əsasən, yağmursuz, lakin 13-dən 14-nə keçən gecədə. başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyinin sürəti saniyədə 5-10 metr olacaq, küləyin sürəti arabir güclənəcək.Havanın temperaturunun gecə 4-9, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
Mənbə: Milli.Az