Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az Anspress-ə istinadən bu günün tarixini təqdim edir

Mildi: 13 oktyabr 2013
Hicri: 04 Zülhəccə 1434
İlin 286-cı günü
İlin sonuna 79 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 06.40
Günəş - 07.49
Zöhr - 13.31
Əsr - 17.03
Məğrib – 19.19
İşa – 20.35
54-cü ildə Neron Roma imperatoru olub
1734-cü ildə Rus qoşunu Gəncə qalasını mühasirəyə alıb 
1792-ci ildə ABŞ-da Ağ Ev binasının təməli qoyulub
1827 - Rusiya-İran müharibəsi (1826-1828) gedişində Cənubi Azərbaycan torpaqlarına daxil olan rus qoşunları Təbrizi ələ keçiriblər. Bunun ardınca general İvan Paskeviçin qoşunları Ərdəbil və Urmiyanı da işğal etdilər. Ruslar işğalın coğrafiysını genişləndirməklə gələcək sülh müqaviləsində maksimum üstünlük əldə etmək niyyəti güdürdülər və 1828-ci ilin fevralında bağlanan Türkmənçay müqaviləsinin şərtləri (Naxçıvan və İrəvan xanlıqlarının işğalı, İrandan külli miqdarda təzminat alınması və s.) bunu təsdiqlədi. 
1880 - Bakı-Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulub. Prezident İlham Əliyevin 2005-ci il 7 oktyabr tarixli sərancamı ilə Azərbaycan dəmir yolunun yarandığı gün - 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı günü elan olunub.
1905-ci ildə Türkiyənin "Qalatasaray" İdman Klubu yaradılıb
1918-ci ildə Tələt Paşa rəhbərliyindəki İttihad və Tərəqqi hökuməti Mudros müqaviləsini imzalayaraq Osmanlının I Dünya Müharibəsində məğlubiyyətini təsdiq edib

1921 - Türkiyə, Rusiya və Cənubi Qafqazın üç sovet respublikası - Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi imzalanıb. Sənəd həmin ilin martında Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinin davamı idi. Qars müqaviləsində Moskva sazişinin Cənubi Qafqazla bağlı müddəaları dəqiqləşdirildi, Türkiyənin Azərbaycan, Ermənistan və Gürcüstanla sərhədləri müəyyənləşdi. Müqavilənin mühüm bəndlərindən biri Naxçıvanla bağlı idi. Sənəddə Naxçıvanın Azərbaycan ərazisi olduğu və Türkiyənin razılığı olmadan Naxçıvanın yurisdiksiyasının dəyişdirilməsinin yolverilməzliyi təsbitlənmişdi.
1921-ci ildə fransız aktyoru və müğənnisi İv Montan anadan olub 
1923-cü ildə Türkiyə Böyuk Millət Məclisi Ankaranın Türkiyə paytaxtı olması ilə bağlı qərar qəbul edib
1925-ci ildə Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer anadan olub
1927ci ildə Türkiyənin 8-ci prezidenti Turqut Özal dünyaya gəlib 
1931-ci ildə fransız futbolçusu Raymon Kopa dünyaya gəlib
1933-cü ildə Azərbaycanın xalq şairi Məmməd Araz anadan olub
1949-cu ildə Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor və ssenarist Cahangir Zeynalov anadan olub
1977-ci ildə italyan futbolçusu Antonia Di Natale anadan olub
1983-cü ildə Formula-1 yarışlarında ilk dəfə turbokompressorlu mühərrikdən istifadə olunub 
1997-ci ildə Moskvada Azərbaycan məktəbi açılıb 
2003-cü ildə Qazaxıstanda müqavilə üzrə hərbi xidmət keçmə haqqında Əsasnamə qəbul olunub 
2003-cü ildə Azərbaycan gənclərinin üçüncü forumu keçirilib 
2005-ci ildə Mehriban Əliyeva “Yüzilliyin mesenatı” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeni ilə təltif edilib.

Mənbə: Milli.Az

13 oktyabr 2013
GO BACK