Qadin.NET / Gül Həccə getdi

Gül Həccə getdi

 

Abdullah Gül vəzifəsinin icrası vaxtı Həcc ziyarətinə gedən ilk prezident olacaq Türkiyə cümhuriyyətinin prezidenti Abdullah Gül Həcc vəzifəsini yerinə yetirmək üçün bu səhər Səudiyyə Ərəbistanına gedib. Anspress “İhlas” agentliyinə (İHA) istinadən xəbər verir ki, Gül yerli vaxtla saat 08:00-da (Bakı vaxtıyla 10:00) İstanbul “Atatürk” hava limanından yola düşüb. Abdullah Gülü mədəniyyət və turizm naziri Ömər Çəlik, İstanbul meri Hüseyn Avni Mutlu, İstanbulun polis rəisi Hüseyn Çapkım, İstanbul bələdiyyəsinin sədri Kadir Topbaş və digər protokol heyəti yola salıb. Daha əvvəl müqəddəs torpaqlarda olan Abdullah Gül vəzifəsinin icrası vaxtı Həcc ziyarətinə gedən ilk Türkiyə prezident olacaq.

Mənbə: Milli.Az

13 oktyabr 2013
GO BACK