Qadin.NET / iPad 5 artıq hazırdır?

iPad 5 artıq hazırdır?

 

Apple-ın yeni iPad-inə aid olduğu deyilən görüntülər Sonni Dikson tərəfindən yayımlanıb. Milli.Az ICTnews-a istinadən bildirir ki, görüntülərə görə, yeni iPad özündən əvvəlkinə nisbətən daha nazikdir. Rəngi isə kosmos bozudur. Bu rəng ilk dəfə iPhone 5S-də istifadə edilib. Deyilənlərə görə, Apple-ın qızılı rəngli iPad-lə insanlara sürpriz etməsi də mümkündür.Daha bir iddia isə Apple-ın yeni iPad-ləri noyabrın 22-də təqdim edəcəyidir.

 

Mənbə: Milli.Az
12 oktyabr 2013
GO BACK