Qadin.NET / Gəncədə Qafqazda analoqu olmayan ət kəsimi sexi tikilir

Gəncədə Qafqazda analoqu olmayan ət kəsimi sexi tikilir

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, xarici mütəxəssislərin layihəsi əsasında inşa edilən mərkəzləşdirilən kəsim sexində gün ərzində 150 baş iri, 400 baş isə xırda buynuzlu heyvanın və 1500 ədəd ev quşunun kəsimi və ət istehsalını həyata keçirmək mümkün olacaq.Ərazidə ətin keyfiyyətini yoxlamaq üçün laboratoriyalar da fəaliyyət göstərəcək. Ümumilikdə isə kəsim sexi üçün 6 ha ərazi ayrılıb. Bundan əlavə, sexin vasitəsi ilə Gəncədə dönər məhsulları da mərkəzləşdirilən qaydada paylanacaq. Hazırda kompleksə Almaniya və Türkiyə istehsalı olan müasir avadanlıqlar da gətirilib.

 

Mənbə: Milli.Az

12 oktyabr 2013
GO BACK