Qadin.NET / "Altın portakal" sahiblərini tapdı

"Altın portakal" sahiblərini tapdı

Türkiyənin Antalya şəhərində 50-ci beynəlxalq "Altın portakal" kinofestivalı başa çatıb.Milli.Az AHT-yə istinadən bildirir ki, "Ən yaxşı film" nominasiyasında qalib gəlmiş "Cennetden kovulmak"ın rejissoru Ferit Karahan salondakıları kürdcə salamlayandan sonra: "Bu mükafatı Rojava və Taksim müqavimətlərinə ərməğan edirəm", - deyib.Salonda isə "Hər yer Taksim, hər yer müqavimət" sədaları ucalıb."Altın Portakal" beynəlxalq kinofestivalının nominasiyaları və qaliblər: 1. Ən yaxşı film: Cennetten Kovulmak ve Kusursuzlar: 2. Ən yaxşı debüt filmi: Mavi Dalga: 3. Ən yaxşı rejissor: Ramin Matin (Kusursuzlar): 4. Ən yaxşı ssenari: Zeynep Dadak və Merve Kayan (Mavi Dalga): 5. Ən yaxşı aktrisa: Zeynep Çamcı (Meryem): 6. Ən yaxşı aktyor: Hakan Yufkacıgil (Uzun Yol): 7. Ən yaxşı operator işi: Feza Çaldıran (Meryem): 8. Ən yaxşı musiqi: Youki Yamamoto (Meryem): 9. Ən yaxşı montaj: Çiçek Kahraman (Mavi Dalga): 10. Ən yaxşı arxa plan aktyoru: Ahmet Özarslan: 11. Ən yaxşı arxa plan aktrisası: Gülistan Acet: 12. Bəhlul Dal mükafatı: Mavi Ring

 

Mənbə: Milli.Az

12 oktyabr 2013
GO BACK