Qadin.NET / Varlılar bu məkanları seçirlər

Varlılar bu məkanları seçirlər

Bəziləri kiçik mənzilini əldə edərkən aldığı ipoteka kreditini ödəməyə pul tapmır, bəziləri isə pulunu xərcləməyə yer. Pulluların "qoy bu da olsun" düşüncəsi ilə aldıqları daşınmaz əmlakların yerləşdiyi məkanların yeni reytinqi hazırlanıb.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Candy GPS"in hazırladığı yeni hesabat reytinqinə görə, dünyanın ən varlı şəxsləri Fransız Rivyerasında, Kort D-Azur səmtində villa, apartament və ya malikanə almağa üstünlük verirlər.Sözügedən məkandakı ev və ya mənzilin orta statistik qiyməti 25 milyon dollardır.Daşınmaz əmlak alanlar arasında Avropa, ABŞ və Yaponiyadan olan milyonçularla milyarderlərin sayı isə son vaxtlar azalmaqdadır.İnkişaf etməkdə olan ölkələrdə yaşayan milyarderlər əksinə, fəallaşıblar.Dünyanın ən varlı şəxslərinin malikanə və villa almağa üstünlük verdikləri məkanların yeni reytinqini təqdim edirik: 1. Kort d'Azur (Fransa), 2. Kosta Esmeralda (İtaliya), 3. Sent Barts, 4. Aspen (ABŞ), 5. Monako, 6. Barbados7. Sent Moris (İsveçrə), 8. Seyşel, 9. Maldiv, 10. Komo gölünün sahilləri (İtaliya), 11. Monterrey yarımadası (ABŞ), 12. Gestaad (İsveçrə),13. Əmirlik təpələri (Dubay, BƏƏ), 14. Verbye (İsveçrə), 15. Palm Biç (ABŞ), 16. Veyl (ABŞ), 17. Venesiya (İtaliya), 18. Malibu (ABŞ), 19. Kurşevel (Fransa), 19. Phuket (Tayland), 20. Kanouan (Sent Vinsent və Qrenadin)

 

Mənbə: Milli.Az

12 oktyabr 2013
GO BACK