Qadin.NET / Məkkədə zəvvarlar şoka düşdülər

Məkkədə zəvvarlar şoka düşdülər

 

 

Səudiyyə Ərəbistanının Məkkə şəhərində həcclə bağlı insan axını səngimək bilmir.Qurban bayramından əvvəl zəvvarlar cümə namazını Kəbədə qılıblar.Milli.Az AA-ya istinadən bildirir ki, cümə namazından saatlar əvvəl Məscidi-Harama yığışan hacılar +40 istiyə rəğmən Kəbə ətrafında təvaf ediblər.Zəvvarların sayının həddən ziyadə olmasından dolayı Kəbə ətrafındakı üst qatların rekonstruksiyası sürətlə tamamlanaraq təvafa açılıb.Bu arada zəvvarları Kəbə-Müəzzəmə daşıyan nəqliyyat dayandırılıb və nəticədə zəvvarlar Kəbəyə piyada gediblər.Taksi qiymətləri 5 dəfə artıb. Belə ki, əvvəllər 20 riala gedilən məsafə üçün taksi sürücüləri 100 rial istəyirlər.
Piyada gedən zəvvarlar isə "Şoka düşmüşük" deyiblər. Çünki onlar nəqliyyat tunellərindən keçmək məcburiyyətində qalıblar.
 Mənbə: Milli.Az
12 oktyabr 2013
GO BACK