
Cari ilin ilk altı ayı ərzində (İranda il martın 21-də dəyişir) İrandan Azərbaycana qeyri-neft sektorunda ixracat 274 milyon dollar təşkil edib.Bunu İranın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Seyid Fərəc Şəhidi Trend-ə deyib.Şəhidi bildirib ki, bu müddət ərzində İrandan Azərbaycana əsasən tikinti materialları, o cümlədən sement, kilinker, dəmir filizi, float şüşə, seramika, metlax və kənd təsərrüfatı məhsulları idxal olunub.Onun sözlərinə görə, cari ilin ilk altı ayında Azərbaycandan İrana ixrac olunan məhsulların ümumi dəyəri 11 milyon dollar təşkil edib.O bildirib ki, Azərbaycandan İrana daha çox taxta, ağac, pambıq, doymuş qeyri-tsiklik karbohidrogen və müxtəlif növ rezin materilları ixrac olunub.Şəhidi əlavə edib ki, analoji dövrdə İrandan Azərbaycana 2 milyon 654 min dollar dəyərində 301 ədəd avtomobil ixrac olunub.
Mənbə: Trend.Az