Qadin.NET / Bu il Xaçmazda doğulan 2514 körpədən 1364-ü oğlan uşağıdır

Bu il Xaçmazda doğulan 2514 körpədən 1364-ü oğlan uşağıdır

 

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Xaçmaz Rayon Statistika İdarəsindən bildirilib ki, cari ildə rayonda 2514 körpə dünyaya gəlib. Körpələrdən 1364 nəfəri oğlan, 1150 nəfəri isə qız uşağıdır. Statistika İdarəsinin rəisi Böyükağa Qurbanov bildirir ki, doğulan körpələr arasında qız uşaqlarının azlıq təşkil etməsi 2011 və 2012-ci illərdə də müşahidə olunub.Dünyaya gələn oğlan uşaqlarının qızlardan çox olması o demək deyil ki, əhali sayının nisbətində kişilər çoxluq təşkil edir. Böyükağa Qurbanov bildirib ki, yanvar ayının birinə olan məlumata görə, Xaçmaz rayonunun əhalisi 166 min 776 nəfərdi. Onlardan 83 min 46 nəfəri kişilər, 83 min 730 nəfəri isə qadınlardı.2012-ci ildə ölkəmizdə 174 min 469 uşaq doğulub. Doğulanların 53,6 faizi oğlanlar, 46,4 faizi qızlardır. Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycanda hər 1000 kişiyə 1013 qadın düşür.Qeyd edək ki, oktyabrın 11-i BMT tərəfindən Beynəlxalq Qızlar Günü kimi qeyd edilir.

Mənbə: Milli.Az

12 oktyabr 2013
GO BACK