Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

 

Miladi: 12 oktyabr 2013
Hicri: 06 Zülhəccə 1434
İlin 285-cı günü
İlin sonuna 80 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 06.39
Günəş - 07.48
Zöhr - 13.31
Əsr - 17.04
Məğrib – 19.21
İşa – 20.37
1492 - Kolumb Amerikanı kəşf edib.
1537 - İngiltərə kralı VI Eduard anadan olub (ö.1553).
1775 - ABŞ hərbi-dəniz donanması qurulub.
1813 - Gülüstan müqaviləsi imzalanıb. Azərbaycanda rus işğalının birinci mərhələsi başa çatdı.
1844 - fransız yazıçısı və ədəbi tənqidçisi, 1921-ci il Nobel Ədəbiyyat Mükafatının laureatı Anatol Frans vəfat edib (ö.1924).
1875 - britaniyalı yazıçı Alister Krouli anadan olub (ö.1947).
1929 - Beynəlxalq aviasiya daşımalarını tənzimləyən Varşava sazişi imzalanıb.
1931 - Rio-de-Janeyronun rəmzi sayılan "Xilaskar" heykəlinin açılışı olub.
1935 - məşhur italyan tenoru Luçano Pavarotti anadan olub (ö. 2007)
1945 - islam teoloqu Hacı Sabir Həsənli anadan olub. 
1950 - Tayvanın eks-prezidenti Çen Şuybyan anadan olub. 
1956 - TU-104 şərnişin təyyarəsi ilə ilk reys həyata keçirilmişdir.
1960 - Sovet lideri Nikita Xruşşov Nyu-Yorkda çıxışı zamanı ayaqqabı ilə BMT tribunasını döyəcləmişdir. Sonradan nəvəsi həmin ayaqqabını hərracda 30 000 ABŞ dolları qiymətinə satmışdır.
1968 – Ekvatorial Qvineya müstəqillik əldə etmişdir.
1968 – Meksikada XIX Yay Olimpiya Oyunları, (1968-ci il), başlamışdır.
1968 - avstraliyalı aktyor Hyu Cekman anadan olub. 
1974 - türk müğənnisi Ebru Gündeş anadan olub. 
1981 - türk aktyoru Engin Akyürək anadan olub. 
1986 - İran Kərkükdəki İraq neft terminalını tamamilə məhv etdiyini bəyan etmişdir.
1990 - Polaroid Kodaka qarşı məhkəmə iddiasını qazanmış, ikinci 900 milyon dollar təzminat ödəməyə məcbur olmuşdur.
1992 - Moskvada Rusiya və Azərbaycan arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" müqavilə imzalanıb. Prezidentlər Boris Yeltsin və Əbülfəz Elçibəy tərəfindən imzalanan sənəd iki ölkə arasında münasibətlərin sahmanlanmasını vəd etsə də, bu, baş vermədi. Azərbaycan rəhbərliyinin yeritdiyi səbatsız xarici siyasət üzündən Rusiya ilə münasibətlər ciddi şəkildə pozulmuşdu.
1993 - Azərbaycanlı futbol hakimi Tofiq Bəhramov vəfat edib.
1997 - Azərbaycanda Space televiziya kanalı yayıma başlamışdır.
1999 - Yer kürəsində altı milyardıncı insan Sarayevoda dünyaya gəlmişdir.
2005 - Gürcüstanın Marneuli rayonunda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstan hissəsinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri İlham Əliyev, Mixail Saakaşvili və Əhməd Nejdət Sezər iştirak ediblər. 1768 km-lik kəmərin Gürcüstan hissəsi 249 km təşkil edir.

2006 - Orxan Pamuk Nobel Ədəbiyyat Mükafatına layiq görülmüşdür.
Mənbə: Milli.Az

12 oktyabr 2013
GO BACK