Qadin.NET / Göyçayda 46 sahibkara 613 min manat güzəştli kredit verilib

Göyçayda 46 sahibkara 613 min manat güzəştli kredit verilib

 

 

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Göyçay rayonunda keçirib. 100 sahibkarın qatıldığı tədbirdə müvəkkil kredit təşkilatları vasitəsi ilə 46 sahibkara 613 min manat güzəştli kredit verilib. Bu isə 80-dən çox yeni iş yerinin açılmasına imkan verir.Tədbir çərçivəsində fond tərəfindən rayonda prioritet hesab olunan müasir çörək zavodunun, quşçuluq təsərrüfatının, kiçik və orta həcmli bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi layihələr sahibkarlara təqdim olunub. Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiriSamir Hümbətov bildirilib ki, indiyədək Aran iqtisadi rayonunda 6 min 750-dən çox investisiya layhəsinə 305.7 milyon manat güzəştli kreditlər verilib. Bu isə 27 mindən çox yeni iş yeri deməkdir. Sahibkarlar güzəştli kreditlərin verilməsini onların öz təsərrüfatlarını daha da genişləndirməyə imkan verəcəyinə əminliklərini bildirdilər. Ümumilikdə bu ilin ötən dövründə 3 min 634 sahibkara 246 milyon manat güzəştli kreditlər verilib.

Mənbə: Milli.Az

12 oktyabr 2013
GO BACK