Qadin.NET / İstirahət günü hava bakılıları sevindirəcək

İstirahət günü hava bakılıları sevindirəcək

 

 

Sabah Azərbaycanda nisbətən sabit hava şəraiti davam edəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Şimal-qərb küləyinin sürəti 8-13 m/s olacaq, küləyin sürəti gündüz arabir 16 m/s-dək artacaq. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 10-13, gündüz 18-22 dərəcə isti olacağı gözlənilir.Oktyabrın 13-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin oktyabrın 13-dən 14-ə keçən gecə şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağış yağacağı ehtimalı var.Aran rayonlarında havanın temperaturunun gecə 6-11, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

12 oktyabr 2013
GO BACK