Qadin.NET / Gezi Parkı olaylarından sonra turistlərin sayı artıb

Gezi Parkı olaylarından sonra turistlərin sayı artıb

 

Gezi Parkında baş vermiş hadisələr turistlərin sayına təsir etməyib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş nazirinin müavini Əli Babacan deyib.Onun sözlərinə görə, İstanbulu ziyarət edən turistlərin sayı ötən illə müqayisədə çoxalıb."Türkiyəyə gəlmiş turistlərin sayı iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz, avqustda isə 10 faiz artıb", - deyə Babacan əlavə edib.Qeyd edək ki, bu ilin may ayında İstanbulda etiraz aksiyaları keçirilib.

Mənbə: Milli.Az

12 oktyabr 2013
GO BACK