Qadin.NET / Ağaclarda yaşayan adamyeyən qəbilə

Ağaclarda yaşayan adamyeyən qəbilə

İndoneziyanın Papua əyalətindəki keçilməz, sıx meşələrin dərinliklərində yaşayan korovaylar təbiətə o qədər üzvi şəkildə bağlıdırlar ki, ağaclarda yaşayırlar.Milli.Az AHT-yə istinadən bildirir ki, korovaylar sellərdən, yırtıcılardan və həşəratlardan qorunmaq üçün belə edirlər. "Ən önəmlisi isə odur ki, düşmənlərimizin əli bizə çatmır", - korovaylar söyləyirlər.Korovaylar İndoneziyada 2010-cu ildə ilk dəfə əhalinin siyahıyaalınmasına daxil olunublar.Korovay qəbiləsinin 2868 üzvü olduğu bildirilir.Əyalət rəsmilərindən biri deyir: "Hələ də daş dövründə yaşayırlar sanki. Paltar geyinmirlər, ağacların başında yaşayırlar. Yarpaqlar, otlar, meyvələr, ovladıqları vəhşi heyvanlarla qidalanırlar".Qəbilə barədə ilk müfəssəl məlumatları 1970-ci illərdə hollandiyalı Johannes Veldhuizen və Henk Venemanın başçılıq etdiyi missionerlər əldə etmişdilər.Korovaylar dünyanın son adamyeyən qəbiləsi kimi də tanınır.

 

Mənbə: Milli.Az

12 oktyabr 2013
GO BACK