ABŞ ordusu xüsusi təyinatlı qoşunların ehtiyac duyduğu müdafiəni təmin etmək üçün yeni zirehli gödəkçə istehsal edəcək. Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Iron Man" adlı gödəkçə gülləyə qarşı dözümlü olmaqla yanaşı, nano texnologiya sayəsində bütün bədəni əhatə edərək təhlükəsizliyi və çevikliyi təmin edəcək.Yeni zirehli gödəkçənin ən əsas özəlliyi odur ki, mümkün yaralanma zamanı gödəkçə üzərindəki sensorlar vasitəsilə bədənin xəsarət alan hissəsinə müalicəvi köpük sıxır. Bundan başqa, gödəkçədə yerləşdiriləcək kameraların 360 dərəcə görüntü imkanı olacaq.
Mənbə: Milli.Az