Qadin.NET / Ən həssası odur

Ən həssası odur

Agawi şirkəti ən həssas (toxunuşa daha sürətli reaksiya verən) ekrana malik planşet kompüterlərini aydınlaşdırmaq üçün onları sınaqdan keçirib. iPad 4 və iPad Mini lider olub, lakin Nexus 7 (121) və Galaxy Tab 3 8.0 (124) planşet kompüterləri özlərini heç də yaxşı tərəfdən göstərməyiblər.Milli.Az ICTnews-a istinadən bildirir ki, iPad Minidə toxunuşa reaksiya 75 millisaniyə, iPad 4-də isə 81 millisaniyə təşkil edib. Microsoft Surface RT planşetində sözügedən göstərici 95 millisaniyə olub.Yeni Kindle Fire HD aşağı nəticə göstərib: o, toxunuşlara 114 millisaniyə müddətində reaksiya verib.

 

Mənbə: Milli.Az
12 oktyabr 2013
GO BACK