İngiltərənin "Çelsi" futbol komandasının hücumçusu Samuel Etonun 400 mobil telefonu olduğu iddia edilir. Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, kamerunlu futbolçu indiyədək aldığı telefonların heç birini atmayıb. Həmin telefonlardan 14-ü müxtəlif ölkələrdə istifadə etmək üçün hazırlanıb.Məlumata görə, Kamerunun futbol üzrə milli yığmasının keçmiş baş məşqçisi Otto Pifster bildirib ki, Eto mobil telefonla mesaj yazmağı bacarmır və noutbukdan istifadə etmir, çünki bununla maraqlanmır.
Mənbə: Milli.Az