Koreyanın LG Electronic şirkəti G Pro Lite smartfonunu təqdim edib. Cihaz daha əvvəl təqdim edilmiş 6 düymlük G Pro smartfonunun kiçildilmiş versiyasıdır. Sözügedən aparat 5.5 düymlük ekrana malikdir, ekranın təsvir ölçüsü 960x540 təşkil edir.
Bundan başqa, G Pro Lite smartfonu ikinüvəli 1 QHs takt tezlikli prosessor, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşla təchiz olunub. Smartfonun arxa panelində 8 meqapiksellik kamera, ön paneldə isə 1,3 meqapiksellik kamera mövcuddur. Planşet, həmçinin 3140 milliamper/saat tutumunda çıxarılan akkumulyatorla təchiz edilib.Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfon büdcəyə uyğun olduğundan yalnız 3G moduluna malikdir. Aparata Android Jelly Bean 4.1.2 mobil əməliyyat sistemi quraşdırılıb. Cihaz ağ və qara rəngli korpuslarda tədarük olunacaq.Lite versiyada iki SİM kart taxmaq üçün slot, stereodinamik və stilus yoxdur. LG şirkətindən verilən məlumata əsasən, G Pro Lite artıq bu ay Latın Amerikası ölkələrinə tədarük olunacaq və noyabrda Rusiya, Çin, Hindistan və Yaxın Şərq ölkələrində onun satışlarına başlanılacaq. Qiyməti haqqında hələ ki informasiya yoxdur.
Mənbə: Milli.Az