Azərbaycanda bəzi dərsliklər TQDK-nın rəyləri nəzərə alınmaqla yenidən hazırlanacaq
Gələn tədris ili üçün orta məktəblərin II və III sinif dərslikləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) dərsliklərin elmi-metodiki monitorinqi nəticəsində hazırladığı yekun rəylər nəzərə alınmaqla yenidən çap ediləcək. Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, TQDK orta məktəb dərsliklərinin monitorinqinin nəticələrini yekun rəylərlə birlikdə nazirliyə təqdim edir. Nazirliyə dərsliklərlə bağlı digər rəylər də daxil olur: "Nazirlik bütün rəylərə hörmətlə yanaşır. 2014-2015-ci tədris ilinə II və III sinif dərslikləri kurikulumdakı dəyişikliklər və rəylər nəzərə alınmaqla yenidən işlənəcək. Ehtiyac duyulan digər dərsliklər redaktə olunmaqla çap ediləcək". Qeyd edək ki, TQDK-nın apardığı monitorinqin nəticələrinə əsasən, II siniflər üzrə "Azərbaycan dili", "Riyaziyyat", "Həyat bilgisi" və "İngilis dili", III sinif üzrə "Azərbaycan dili", "Riyaziyyat" və "Həyat bilgisi" dərslikləri istifadə üçün məqbul sayılmayıb və həmin dərsliklərin yenidən hazırlanması tövsiyə edilib.
Mənbə: Trend.Az
11 oktyabr 2013
GO BACK